Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının deputatları Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olduqları zaman onların milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin məlumat yayıb.
“Ermənistana gəlincə, biz orada rus dilinin statusunun olmadığını görürük. Ermənistan hakimiyyəti bu sahədə heç bir addım atmayıb”, - deyə mətbuat xidməti spiker Vyaçeslav Volodinin sözlərindən sitat gətirib.
Volodinin sözlərinə görə, Belarus, Qazaxıstan və Qırğızıstanla bağlı durumlar fərqlidir, çünki rus dili həmin ölkələrin konstitusiyasında rəsmi statusa malikdir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ