İnsanlara hürriyət, millətlərə istiqlal!

Ləğv prosesində olan “Günay Bank”ın 43 min borcu yaranıb  

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə lisenziyası ləğv edilən “Günay Bank” ASC-nin vergi borcu yaranıb.

Musavat.com xəbər verir ki, ASC-nin hazırda vergiyə olan borcu 43 min manat təşkil edir.

Qeyd edək ki, rəsmi məlumatlarda ASC-nin qanuni təmsilçisi kimi Piriyev Tural Qüdərt oğludur.

Tural Piriyev hazırda Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorudur.

Xatırladaq ki, “GünayBank” ASC-nin lisenziyası 2023-cü ildə ləğv olunub. Bankın sahibləri Mahmud Məmmədov və Yeganə Şirinova idi.

Mərkəzi Bank açıqlamasında qeyd etmişdi ki, “GünayBank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Bankın fəaliyyət göstərdiyi filialların sayı 10, şöbələrin və valyuta mübadilə məntəqələrinin sayı isə 4 olub.

“GünayBank”ın sahibi Mahmud Məmmədov isə Mərkəzi Bankı qınayaraq bildirmişdi ki, bankın ehtiyacı olsa da, Mərkəzi Bank “GünayBank”a vəsait ayırmayıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR