İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Putinlə Zelenskinin görüşü münaqişəyə nöqtə qoymalıdır” – Kreml Aİ-ni də hədəf aldı

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında gedən münaqişənin yekun həlli üçün Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenskinin görüşünün vacibliyini bildirib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, tərəflər arasında hazırkı mövqelər kəskin şəkildə fərqlənir və onları tez bir zamanda uzlaşdırmaq mümkün deyil.

“Bu qədər mürəkkəb bir prosesi 30 günə keçmək mümkündürmü? Aydındır ki, yox. Bizim mövqelərimiz memoranduma əsasən ortaya qoyulub. Hazırda yanaşmalar diametral şəkildə fərqlidir və onları bir anda yaxınlaşdırmaq çətindir,” – deyə Peskov qeyd edib.

Kreml nümayəndəsi həmçinin Avropa İttifaqının iqtisadi və siyasi gücünü itirdiyini bildirib: “Aİ artıq əvvəlki kimi nə iqtisadi gücə, nə də siyasi təsirə malikdir. Suverenliyini də tədricən itirir".

Peskov eyni zamanda, Rusiya tərəfinin Fələstin məsələsində iki dövlət prinsipi əsasında həll yolunu dəstəklədiyini və problemin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun şəkildə həll olunmasının mümkün olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR