Onlayn ictimai-siyasi qəzet
Rusiya Ermənistandakı səfirini baş nazir Nikol Paşinyanın “2020-ci ildə Ermənistana qarşı 44 günlük müharibənin hazırlanmasında iki KTMT ölkəsi iştirak edib” açıqlamasına görə geri çağırıb".
Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Paşinyan “2 dövlət” dedikdə Rusiya və Belarusu nəzərdə tutub:
"Paşinyanın bu açıqlaması Kreml sahibi Vladimir Putinin narazılığına səbəb olub və Rusiya prezidentinin təlimatıyla xarici işlər naziri Sergey Lavrov nümayişkənarə şəkildə Sergey Kopırkini müvəqqəti geri çağırıb. Vladimir Putin Nikol Paşinyanın son açıqlamasıyla “qırmızı çizgiləri” aşdığı qənaətindədir. Putin Paşinyana xatırladıb ki, müharibənin qızğın çağında ona zəng edib və atəşkəs təklifi edib. Paşinyan Putinin təklifinə razılaşmayıb və nəticədə Qarabağın tamamı Azərbaycanın nəzarətinə keçib. Putin ona görə Paşinyana bu xatırlatmanı edib ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsinə görə Paşinyan Rusiya hakimiyyətini deyil, özünü qınamalıdır. Həmin dövrdə atəşkəs bizim də maraqlara cavab vermirdi, işi yarımçıq qoymaq olmazdı. Bu baxımdan Paşinyanın atəşkəsə razılaşmaması Azərbaycanın da maraqlarına uyğun idi".
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan mayın 22-də parlamentin tribunasından rezonans doğuran bəyanatla çıxış edib.
“Müttəfiqlərimiz 2020-ci ilin 44 günlük müharibəsinin hazırlanmasında iştirak etməyiblər. Bizə qarşı müharibənin hazırlanmasında iştirak edən ən azı 2 KTMT üzv ölkəsini tanıyıram”, deyə baş nazir deyib.
Baş nazirin mətbuat katibi Nazəli Bağdasaryan Paşinyanın bu fikirləri səsləndirərkən konkret hansı dövlətləri nəzərdə tutduğunu şərh etməkdən imtina edib.
Paşinyanın açıqlamasından iki gün sonra Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvaya geri çağırılıb.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ