İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya-Ermənistan arasında Gorus-Qafan yolu ilə bağlı sənəd imzalanıb?  

Ermənistan Xarici işlər nazirliyi Qarabağda 44 günlük müharibədən sonra Rusiya ilə imzalanmış Gorus-Qafan avtomobil yolunda sərhəd nəzarəti ilə bağlı sənədin mövcudluğunu təsdiqləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, nazirliyin mətbuat xidməti bu barədə “Sputnik Ermənistan”ın sorğusunu müsbət cavablandırıb.

Avqustun 1-də Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi Zvartnots keçid məntəqəsində dövlət sərhədinin mühafizəsini dayandırıb və öz bölmələrini, o cümlədən Gorus-Qafan-Çakaten bölməsini Sünikdən çıxarmağa başlayıb. Bu qərar 2024-cü il martın 1-də Ermənistan tərəfinin müraciətindən sonra qəbul edilib.

Rusiya sərhədçilərinin Sünikdən çıxarılması ilə əlaqədar “Sputnik Ermənistan” Ermənistan Xarici işlər nazirliyindən Gorus-Çakaten hissəsində nəzarətin hansı sənəd əsasında aparıldığı barədə məlumat istəyib.

Yerli hakimiyyət orqanları 2021-ci ildən bəri şayiələr yayılan bu sənədin həqiqiliyini şərh etməkdən çoxdan yayınır. Daha sonra keçmiş baş nazir Hrant Baqratyan həmin sənədin mətnini dərc edib.

Bu dəfə Ermənistan XİN belə bir sənədin həqiqətən də olduğunu təsdiqləyib.

“Oxşar sənəd Ermənistan və Rusiyanın müdafiə nazirləri arasında imzalanıb”, - deyə idarədən bildirilib.

Lakin Ermənistan Xarici işlər nazirliyi sənədin özünü təqdim etməyib və əllərində olmadığını bildirib.

Xatırladaq ki, 2020-ci ilin dekabrında Ermənistan Müdafiə Nazirliyi Gorus-Qafan avtomobil yolunun 21 km-lik hissəsinin təhlükəsizliyinin Rusiya sərhədçiləri tərəfindən təmin ediləcəyini bəyan etmişdi. Bu barədə Rusiya Federasiyası və Ermənistan Respublikasının müdafiə nazirləri arasında razılıq əldə olunubmuş.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR