Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin Bakıya dövlət səfəri ərəfəsində Rusiya Erməniləri İttifaqı Putindən danışıqlar zamanı Azərbaycanda saxlanılan ermənilər, o cümlədən separatçı qurumun keçmiş rəhbərləri ilə bağlı məsələnin qaldırılmasını xahiş edən müraciət yayımlayıb.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bu müraciətdə ermənilər ənənəvi yalvarma notu ilə Putindən Qarabağ erməniləri ilə bağlı kömək etməsini istəyiblər. Müraciətdə həyasızlıqla Azərbaycan dövləti tərəfindən həbs oluna separatçı qurumun rəhbərlərinin, o cümlədən Ruben Vardanyan, Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan, David İşxanyan, David Manukyan və Levon Mnatsakanyanın adları çəkilib.
Rusiya Erməniləri İttifaqı adları çəkilən və digər şəxslərin taleyi ilə bağlı irəliləyişin əldə olunacağına ümid etdiyini bildirib.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ