İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ərdoğana TƏRİF YAĞDIRDI - İlin ən uğurlu siyasətçisi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 24-də başlayan Ukrayna müharibəsində vasitəçi rolu ilə bir çox böhranın qarşısını alıb.

Dünyada 400 milyon insanın həyatının asılı olduğu taxıl müqaviləsi prezident Ərdoğan və BMT baş katibi Quterreşin təşəbbüsləri sayəsində imzalanıb. Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinə də müdaxilə edən Ərdoğan Ukraynanın Krıma hücumu səbəbindən Moskva tərəfindən dayandırılan taxıl müqaviləsinin bərpasını təmin etməyi bacardı.

Musavat.com xəbər verir ki, Türkiyə liderinin təşəbbüsləri Rusiya mətbuatında geniş işıqlandırılıb.

Rusiyanın aparıcı qəzetlərindən olan “Kommersant” yazır:

“Xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında vasitəçi statusunu qoruyub saxlayan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırmaq olar”.

Kirill Krivoşoyev imzası ilə yazılmış “Əvəzolunmaz Rəcəb” başlıqlı xəbərdə Qərbin və Şərqin prezident Ərdoğandan asılı vəziyyətə düşdüyü vurğulanıb.

Müəllifin fikrincə, Ərdoğan mövcud vəziyyətdən siyasi mənfəət götürməklə yanaşı, sülhə nail olmağa çalışır.

Ərdoğanın manevr qabiliyyətinin mükəmməlləşdiyi bildirilən məqalədə müəllif Türkiyə prezidentinin uzun müddətdir həm Rusiya, həm də Qərb üçün unikal tərəfdaş olduğuna diqqət çəkib:

"Ərdoğan NATO müttəfiqlərinin qəzəbinə baxmayaraq, Rusiyadan S-400 raket sistemləri aldı. Buna paralel olaraq Türkiyə lideri ABŞ-la F-16 döyüş təyyarələrinin alınması ilə bağlı danışıqları davam etdirdi və Bayraktar PUA-larını Ukraynaya satdı. 24 fevral 2022-ci ildən bu yana prezident Ərdoğanın mövqeyi tamamilə görünməmiş bir hala gəldi”.

Musavat.com

63b6d8680f2544291c54517f.jpg (109 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR