İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya elitaları “gələcək” qorxusu səbəbindən Ukrayna və Qərblə əlaqə saxlamağa çalışır - İDDİA

Rusiya Federasiyasının "elita" adlanan təbəqəsinin nümayəndələri öz gələcəklərindən qorxurlar. Bu baxımdan Rusiya məğlub olduqdan sonra təhlükəsizlik zəmanəti almaq üçün Ukrayna və digər ölkələrlə əlaqə yaratmağa çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu iddia Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovdan gəlib

"Onlar, əlbəttə ki, çıxış yollarını axtarırlar. Həm də təkcə Ukrayna ilə yox. Özləri, sərvətləri, ailələri üçün şəxsi təhlükəsizlik zəmanəti almağa cəhd edirlər", - deyə, Yusov bildirib.

Onun sözlərinə görə, ruslar bununla həm də gələcəkdə məsuliyyətə cəlb olunmaqdan yayınmaq istəyirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR