İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya əhalisi 2050-ci ilə qədər 110 milyon nəfərə qədər azala bilər

Demoqrafik siyasət dəyişməsə, Rusiya əhalisi 2050-ci ilə qədər 110-120 milyon nəfərə qədər azala bilər.
AzVision.az xəbər verir ki, belə bir bəyanatla Rusiya Elmlər Akademiyasının Demoqrafik Tədqiqatlar İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Vadim Bezverbnı və Demoqrafik Tədqiqatlar İnstitutunun direktoru Mixail Denisenko çıxış edib.

Mixail Denisenko bildirib ki, 2050-ci ilə qədər əhalinin sayına görə ilk on ölkə Hindistan, Çin, ABŞ, Nigeriya, Pakistan, İndoneziya, Braziliya, Banqladeş, Konqo və Efiopiya olacaq. Eyni zamanda 2030-cu ilə qədər Hindistan əhalisinin sayına görə Çini keçəcək.

Vadim Bezverbnı isə əhalinin qocalması səbəbindən Çində 50 ildən sonra 1 milyarddan az insanın yaşayacağını proqnozlaşdırıb.

Qeyd edək ki, hazırda Rusiya əhalisinin sayı 146 milyon nəfərdən çoxdur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR