İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya Donbasa muzdlu döyüşçülər göndərmək istəyir" - NATO rəsmisi

Rusiya Ukraynanın şərqində “Vaqner” özəl hərbi şirkətinin muzdlularından istifadə edir və belə döyüşçülərin 1000-dən çoxunu əməliyyatlara cəlb edə bilər.

Bu barədə “Azadlıq” radiosu NATO-nun yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

"Biz artıq Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Ukraynanın şərqində fəaliyyət göstərdiyini görmüşük və onların döyüş əməliyyatları aparmaq üçün mindən çox muzdlu ilə yanaşı tşəkilatın yüksək rütbəli üzvlərini bölgəyə göndərəcəyini gözləyirik, - NATO rəsmisi deyib.

Eyni zamanda, o qeyd edib ki, Moskva itkiləri tənzimləmək üçün müharibəyə muzdluları, əcnəbi döyüşçüləri cəlb etsə də, bu qrupların Ukraynada yerləşən Rusiya bölmələrinə necə inteqrasiya olunacağı və bunun onların döyüş səmərəliliyinə necə təsir edəcəyi hələ də bəlli deyil. .

NATO-nun məlumatına görə, hazırda Rusiyanın Ukraynada 80-dən çox batalyon taktiki qrupu var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR