İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya DİN Zelenski və Poroşenkonun adlarını axtarış bazasından sildi

Ukraynanın indiki və keçmiş prezidentləri Vladimir Zelenski və Pyotr Poroşenkonun cinayət axtarışına verildiyini əks etdirən məlumat kartları mayın 6-dan Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasından yoxa çıxıb.

Musavat.com RİA-Novosti-yə istinadən xəbər verir ki, həmin şəxslərlə bağlı sorğuya bazadan belə cavab çıxır: “Sorğunuz üçün heç bir məlumat tapılmadı... Axtarış parametrlərini dəyişin və yenidən cəhd edin”.

Xatırladaq ki, ötən həftə Rusiya DİN-in axtarış bazasında hər iki şəxsin barəsində cinayət axtarışı elan olunduğuna dair məlumat aşkarlanmışdı. Lakin nazirlikdən axtarışın Cinayət Məcəlləsinin hansı maddələri üzrə və nə vaxtdan elan olunduğuna dair hər hansı açıqlama verilməmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR