İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya daha bir ölkədən kərə yağı idxalına başlayıb

Rusiya Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) də kərə yağı idxal etməyə başlayıb.

Musavat.com Rosselxoznadzorun mətbuat xidməti məlumatına istinadən xəbər verir ki, noyabrın 2-dək BƏƏ-dən 90 ton məhsul idxal edilib.

Məlumata görə, BƏƏ-dən Rusiyaya ilk kərə yağı tədarükü 2024-cü il oktyabrın 18-də başlayıb. Əvvəllər BƏƏ-dən Rusiyaya kərə yağı tədarükü olmayıb.

Qeyd edək ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat vermişdi ki, nazirlik daxili bazarı doyurmaq və qiymətləri sabitləşdirmək üçün dost ölkələrdən kərə yağı idxalını artırmaq üçün tədbirlər görür.

Nazirlik qeyd edib ki, Rusiya bazarı kərə yağı ilə tam təmin olunub. 2024-cü ilin sonuna kimi onun istehsal həcminin artacağı gözlənilir.

Rosstatın məlumatına görə, 2024-cü ilin əvvəlindən sentyabrın sonunadək kərə yağının qiymətləri 17,96 faiz artıb. Eyni zamanda bir çox regionlarda bu məhsulun çatışmazlığı yaşanmağa başlayıb.

Rusiya həmçinin Hindistan və İrandan da kərə yağı idxalına başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR