İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Çinlə birləşib bunu edəcək – Solovyov

Artıq dünyanın siyasi arenasında əsas fiqurlar dəyişir. ABŞ və NATO-nun hegemonluğunun sonu gəlir.

Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bu fikri qalmaqallı rusiyalı teleaparıcı Vladimir Solovyov “Rossiya 1” telekanalının efirində deyib.

“Onlar utanmadan deyirlər ki, biz – Rusiya guya dünya terrorizminin sponsoruyuq. Axı bu gülməlidir. Bəs onda Üsamə Ben Ladeni, Əl-Qaidəni, İŞİD-i kim yaradıb? Bunu amerikanların özləri dəfələrlə boyunlarına alıb. Amma heç kim onları heç nədə ittiham etməyib. Artıq vəziyyət dəyişildi. Rusiya Çin ilə birləşib ABŞ və NATO-nu sorğuya çəkəcək. Üzərlərində tribunal olacaq. Onlar etdikləri hər bir pisliyə görə cavab verəcək”, - deyə Solovyev qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR