İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya cəbhəyə 60-cı illərin tanklarını daşıyır

Ruslar konservasiyadan çıxarılan T-62 tanklarını Melitopola daşıyırlar. AzVision.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyası məlumat yayıb.

Qeyd olunur ki, rus ordusu Zaporojye istiqamətində hücum əməliyyatlarına fəal şəkildə hazırlaşırlar.

"Rusların köhnəlmiş T-62 tanklarının eşalonu bu gün Melitopola çatıb. Tanklar 115 mm-lik toplarla təchiz olunublar", - məlumatda deyilir.

Həmçinin qeyd edilir ki, 30 ədəd Rusiya texnikası Kirillovka kəndinə daxil olub. Yerli sakinlərin sözlərinə görə, demək olar ki, hər kəsişmədə zirehli transportyorlar var.

Yerli media isə yazır ki, Zaporojye vilayətinin sakinlərinə Rusiya pasportlarının verilməsi üçün infrastrukturun və işçilərin hazırlanmasına başlanılıb.

Qeyd edək ki, T-62 sovet orta çəkili tanklarından sayılır. O, T-55 tankı əsasında yaradılıb. Bu köhnə tanklar SSRİ-də 1961-dən 1975-ci ilə qədər istehsal edilirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR