Onlayn ictimai-siyasi qəzet
Noyabrın ilk 20 günündə Rusiya 3,165 milyon ton buğda ixrac edib ki, bu da bir il əvvəlkindən 27 faiz çoxdur.
Musavat.com xəbər verir ki, məlumatı Rusiya Taxıl İttifaqı açıqlayıb.
Məlumatdan aydın olur ki, buğda ixracı artıq ikinci aydır ki, artır. Eyni zamanda digər taxıl bitkilərinin ixracı kəskin şəkildə azalıb.
Belə ki, arpa ixracı bir il əvvəlki 383 min tona qarşı 177 min ton, qarğıdalı ixracı 443 min tona qarşı 97 min ton təşkil edib.
Ümumilikdə, əsas taxıl növlərinin ixracı 3,439 milyon ton təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 3,8 faiz çoxdur.
İttifaqın məlumatına əsasən noyabrın 1-dən noyabrın 20-dək Avropa buğdasının qiyməti bir ton üçün 241 dollardan 236 dollara, Amerika buğdasının qiyməti 257 dollardan 249 dollara düşüb. Rusiya buğdasının tədarük qiyməti (4-cü dərəcəli, FOB Novorossiysk) sabitdir - bir ton üçün 225-226 dollar arasındadır.
Qeyd edək ki, Azərbaycan Rusiya buğdasının əsas alıcılarından biridir. Rəsmi statistikaya əsasən cari ilin yanvar-sentyabrında ölkəyə şimal qonşudan 755910,32 ton buğda idxal olunub, buna 165 milyon 161,37 min dollar xərclənib. Bir ton buğdanın ixracına 218,5 dollar xərc çəkilib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ