İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya bu şəhərə RAKET ZƏRBƏSİ endirdi - Ölən və yaralananlar var

Rusiya Ukraynanın Nikolayev şəhərinə gecə saatlarında raket hücumları həyata keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Cənub Əməliyyat Komandanlığı məlumat yayıb.

Bildirilir ki, Qara dənizdən atılan raketlərlə şəhərin müxtəlif nöqtələri vurulub. Raket hücumu nəticəsində bir mülki şəxs həlak olub, biri uşaq olmaqla 23 nəfər yaralanıb.

Raketlərin vurduğu binalarda başlayan yanğın yanğınsöndürmə qruplarının müdaxiləsindən sonra söndürülüb. Hücum zamanı bir bina tamamilə dağılıb, bir tarixi bina və bir mənzilə ciddi ziyan dəyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR