Onlayn ictimai-siyasi qəzet
Rusiyanın BMT-dəki daimi nümayənliyi Təhlükəsizlik Şurasında Yaxın Şərqdə davam edən münaqişəyə həsr olunmuş yüksək səviyyəli iclas keçirəcək.
"Report"un ABŞ bürosu xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenza jurnalistlərə açıqlamasında deyib.
Diplomat bildirib ki, iclas xarici işlər nazirləri səviyyəsində keçiriləcək və Rusiyanın xarici işlər naziri Sergey Lavrov iclasda iştirak edəcək:
"İclasda müzakirələrin mərkəzində Qəzzada davam edən eskalasiya və onun fəlakətli nəticələri olacaq. Toplantı iki gün ərzində - iyulun 16 və 17-i tarixlərində baş tutacaq".
Qeyd edək ki, iyul ayı ərzində Rusiya BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ