İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya biznesi ümidini BRİCS-in SWIFT-nə bağlayıb  

Rusiya biznesinin ən böyük problemi transsərhəd ödənişlərlə bağlıdır.

Musavat.com xəbər verir ki, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı (RSPP) bu qənaətdədir. Təşkilatda hesab edirlər ki, BRİKS+ çərçivəsində yaradılması nəzərdə tutulan və SWIFT ödəniş sisteminə alternativ kimi hazırlanan ödəniş sistemi bu problemi həll etməyə imkan verəcək.
RUIE rəhbəri Aleksandr Şoxinə görə, hazırda Rusiya şirkətləri üçün əsas çətinliklər xarici tərəfdaşlara ödənişlər, yaxud onlardan ödənişin alınmasıdır:

“Ödənişlərlə bağlı vəziyyət yeni, kifayət qədər ciddi qərarlar tələb edir. Bu sahədə xüsusilə SWIFT-i əvəz edən mexanizmlərdən danışırıq ki, bu işlər BRICS çərçivəsində həyata keçirilir və bura mövcud olanlara alternativ ödəniş sistemlərinin yaradılması daxildir”.

Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidentinin dediyinə görə, BRICS üzrə hazırlanan rəqəmsal hesablaşma və ödəniş platforması BRICS Bridge-in yaradılması çox uzaqda deyil: “Mən istərdim ki, bu cür sistemin yaradılması üçün yol xəritəsi Kazanda təsdiq olunsun (BRİKS sammiti oktyabrda Kazanda keçiriləcək –red.)”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR