İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya benzin ixracına qadağanın müddətini yenə uzatdı: Qıtlıq və bahalaşmanın qarşısını almaq üçün  

Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanın müddətini dekabrın 31-dək uzadıb.

Musavat.com
Rusiya hökumətinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, bu addım neft emalı zavodlarında mövsümi tələbat və planlı təmir işləri” əsaslandırılır.

Məhdudiyyət, o cümlədən, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlər də daxil olmaqla, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində vətəndaşların şəxsi istifadə üçün ixrac etdiyi yanacağa, habelə beynəlxalq humanitar yardım məqsədilə ixrac edilən yanacağa tədarüklərə şamil edilməyəcək.

Qeyd edək ki, Rusiyada benzinin ixracına hökumət tərəfindən 2024-cü il martın 1-dən avqustun 31-dək müvəqqəti qadağa qoyulub. Mayın 20-dən iyulun sonunadək daxili bazarın avtomobil benzini ilə doyması və ayrı-ayrı müəssisələr tərəfindən neft emalı həcmlərinin azalmasının qarşısının alınması ilə bağlı qadağa dayandırılıb.

İyunun əvvəlindən bayram dövründə aktiv tələbat mövsümü fonunda benzinin birja qiymətləri artmağa başlayıb. Bunun fonunda tənzimləyicilər benzinin ixracına qoyulan qadağanın daha uzun müddətə - oktyabrın sonuna qədər uzadılması zərurəti barədə danışmağa başladılar ki, yanacaq bazarı həm avqustda neft məhsullarına tələbatın pik həddə çatması, həm də planlaşdırılan emal zavodlarının payız təmiri mövsümündən etibarlı şəkildə çıxa bilsin.

Rusiya tarixində ilk dəfə neft məhsullarının ixracına qadağa 2023-cü ilin payızında qüvvəyə minib. Onda belə sərt tədbirin tətbiqi üçün ilkin şərt 2023-cü ilin yayında yüksək tələbat mövsümündə yanacaq bazarında başlayan qiymət böhranını olub. Payızda vəziyyət daha da pisləşdi - biçin kampaniyasının qızğın vaxtında fermerlər neft məhsullarının baha olmasından, eləcə də yerlərdə yaranan qıtlıqdan şikayətlənməyə başladılar. Uzun müddət idarələr və neft şirkətləri vəziyyəti həll edə bilmədilər, nəticədə hökumət 21 sentyabr 2023-cü ildən yanacağın ixracına qadağa qoydu. Qadağa tədbirləri mərhələli şəkildə götürüldü - noyabrın 17-də benzinin, noyabrın 22-də isə yay dizel yanacağının ixracına qoyulan embarqo aradan qaldırıldı.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR