Onlayn ictimai-siyasi qəzet
Rusiya sentyabrın 1-dən Abxaziyada sosial ödənişlərin verilməsini dayandırıb.
Musavat.com xəbər verir ki, Abxaziyanın xarici işlər naziri Sergey Şamba Rusiyanın respublikaya sosial maliyyələşdirməni dayandırdığını təsdiqləyib.
Rusiyanın bu addımı Gürcüstanda birmənalı qarşılanmayıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib ki, Rusiya tərəfindən işğal olunmuş Abxaziyaya maliyyənin dayandırılması “maraqlı prosesdir”. Gürcüstanın Birinci Kanalı xəbər verir ki, o, məsələnin çox həssas olduğunu qeyd edib: “Bundan başqa heç nə şərh etməyəcəyəm. Yenə deyirəm ki, gördüyümüz proseslər maraqlıdır”.
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ