Onlayn ictimai-siyasi qəzet
The Moscow Times nəşrinin məlumatına görə, Rusiya ABŞ-la Səudiyyə Ərəbistanında aparılan danışıqlarda Moskvanın dondurulmuş dövlət aktivlərinə çıxışının bərpasını və sanksiyaların yumşaldılmasını tələb edir.
Musavat.com bildirir ki, rəsmi Moskva, müharibədən əvvəl ABŞ-da dondurulmuş 6 milyard dollarlıq Mərkəzi Bank ehtiyatlarına yenidən sahib olmağa çalışır. Ümumilikdə, Qərb ölkələri tərəfindən Rusiya aktivlərinə qarşı tətbiq edilən sanksiyaların məbləği 300 milyard dollardır, bunun 200 milyardı Avropada bloklanıb.
Rusiya nümayəndə heyətinin tələbləri:
Diplomatik nümayəndəliklərin tam fəaliyyətinin bərpası və ABŞ-dakı rus diplomatik mülklərinin geri qaytarılması.
Nyu-York və Merilenddəki iki diplomatik iqamətgahın geri alınması. Bu mülklər 2016-cı ildə Barak Obama administrasiyası tərəfindən Rusiya kəşfiyyatı məqsədilə istifadə edildiyi iddiası ilə müsadirə edilmişdi.
Ukraynanın neytral statusunun tanınması, Kiyevdə hakimiyyət dəyişikliyi, Ukrayna ordusunun sayının azaldılması və Krımın, eləcə də dörd işğal olunmuş regionun Rusiyaya məxsus olduğunun qəbul edilməsi.
Mənbələrin məlumatına görə, Vladimir Putin nümayəndə heyətinə ABŞ-la danışıqlarda maksimal dərəcədə dostyana və hətta kompliment xarakterli mövqe nümayiş etdirməyi tapşırıb. Xüsusilə Donald Trampa qarşı müsbət münasibət sərgiləməklə, danışıqlardan maksimum fayda əldə etməyə çalışır.
Bu tələblər Rusiya ilə ABŞ arasında münasibətlərin yeni mərhələyə keçmək ehtimalını artırır və Ukraynadakı münaqişənin gələcək taleyi ilə bağlı əsas məsələlərdən birinə çevrilir.
Musavat.com
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ