İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusiya 20-dən çox ölkədə siyasətçiləri və məmurları maliyyələşdirib”- ABŞ kəşfiyyatı

“Rusiya hökuməti xaricdə təsirini artırmaq üçün 2014-cü ildən bəri 300 milyon dollardan çox pul xərcləyib”.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” ABŞ prezident administrasiyasının yüksək vəzifəli məmuruna istinadən məlumat yayıb.

Rusiyanın digər dövlətləri gizli şəkildə maliyyələşdirməsini ABŞ kəşfiyyatı üzə çıxarıb. Bu barədə məlumat müvafiq idarənin hesabatında yer alıb. Hesabatın yalnız bir hissəsini ictimailəşdirən kəşfiyyat Moskvanın maliyyəni hansı dövlətlərə ayırdığını açıqlamayıb.

“Reuters”ə danışan rəsminin sözlərinə görə, vəsait 20-dən çox ölkədəki xarici partiyalara, siyasətçilərə və məmurlara göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR