İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya 130 ukraynalı əsiri azad edib

Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib.

Onun sözlərinə görə, Pasxa bayramı münasibəti ilə 130 ukraynalı əsir azad edilib.

Andrey Yermak əlavə edib ki, ukraynalı hərbçilər Baxmut, Soledar, Zaporojye, Xerson istiqamətlərində əsir düşmüşdü.

Mübadilə zamanı azad edilən rusiyalı əsirlərin sayı barədə məlumat verilməyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR