Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“General-leytenant Kuznetsov cinayət törətməkdə şübhəli şəxs qismində saxlanılıb. İşin istintaqını Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi aparır. Müstəntiq general barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə müraciət edib”, - deyə agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, bir müddət öncə Rusiyanın müdafiə nazirinin müavini Timur İvanpv da cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
Musavat.com
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ