İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus deputat: Ermənistan Moskvanın müttəfiqidirsə, Ukraynada əməliyyatlara qoşulmalıdır

"Ermənistan Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatında iştirak etməlidir".

Musavat.com, xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Yevgeni Fedorov deyib. 

"Çünki Ermənistan Moskvanın müttəfiqi olduğunu deyir. Bu halda İrəvan KTMT layihələrində daha fəal iştirak etməlidir. Ermənistan isə bunu etmir. Bu o deməkdir ki, bizim Ermənistanla yanlış münasibətlər sistemimiz var”, - Fedorov vurğulayıb.

Screenshot_1.png (674 KB)

Yevgeni Fyodorov

"2023-cü ilin yanvarında Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının respublika ərazisində hərbi təlimlərinin keçirilməsini yersiz adlandırıb. Nikol Paşinyanın bu ifadələri Ermənistan üçün fundamental problem yaradır", - o vurğulayıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR