İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus casuslar Sloveniyada necə həbs olunub? – Özləri açıqladı

Avqustun 1-də Rusiya Federasiyasının Almaniya, ABŞ, Norveç, Polşa və Sloveniyada həbsdə olan və ölkəyə qaytarılan 8 vətəndaşından ikisi - qeyri-leqal kəşfiyyatçılar Anna və Artem Dultsevlər mediaya öz sərgüzəştlərini danışıblar.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, ailə başçısı Sloveniyada həbs olunmasından danışaraq deyib ki, o, kompüterdə işlədiyi vaxt basqına məruz qalıb.

Anna Dultseva isə hesab edir ki, onları ələ keçirmək üçün təyin olunmuş vaxt dəqiq seçilib. Onun fikrincə, həbs qərarı Sloveniyanın siyasi rəhbərliyinin “anqlo-saksonların təkidi ilə” verdiyi qərardır.

Artem Dultsev vurğulayıb ki, həbsdə olduqları bir il yeddi ay ərzində bir dəqiqə belə şübhə etməyiblər ki, Vətən onları unutnayıb. "Biz bilirdik ki, Xidmətimiz, ölkəmiz arxamızdadır", - Dultsev deyib.

Onlar Sloveniyada Rusiya xarici kəşfiyyat xidmətinin qeyri-leqal əməkdaşı olublar. Azad olunmazdan bir gün qabaq ölkə məhkəməsi onları casusluqda ittiham edərək, 1il 7 ay həbs cəzası kəsib və bu müddətin bitdiyini elan edərək onları sərbəst buraxıb, Rusiya tərəfi ilə mübadilə edilməsini sanksiyalaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR