İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniyadan Ukrayna ilə bağlı VACİB QƏRAR

Rumıniya parlamentinin aşağı palatası Ukraynaya “Patriot” sisteminin verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, qanun prezident Klaus Yohannis tərəfindən imzalanmalıdır. Bundan sonra hökumət “Patriot”un təhvil verilməsi üçün sərəncam verəcək.

Məlumata görə, Rumıniya Ukraynaya özünün iki işlək “Patriot” batareyasından birini vermək qərarına gəlib. Təchizat üçün şərt müttəfiqlərin bunun müqabilində Rumıniyaya başqa bir “Patriot” sistemi vermək öhdəliyidir.

Yeri gəlmişkən, Rumıniya hələ 2017-ci ildə “Patriot”un alınması üçün 4 milyard dollarlıq müqavilə imzalayıb. 

Xatırladaq ki, Rumıniya iyunun 20-də Ukraynaya 1 ədəd “Patriot” batareyası çatdırmağa söz verib. Müvafiq qərarı ölkənin Ali Müdafiə Şurası qəbul edib.

İki aydan çoxdur ki, heç bir çatdırılma baş verməyib. 

Ukrayna daha əvvəl Rusiyanın müntəzəm ballistik raket hücumlarından qorunmaq üçün ən azı yeddi “Patriot” sistemi tələb edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR