İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya Ukraynaya görə bu fədakarlığı da edir

Rumıniya yaxın 2 ay ərzində Qara dənizdəki ən böyük limanı olan Konstansanın və Dunay çayındakı gəmi yollarının ötürücülük gücünü kəskin artıracaq.

Ölkənin baş naziri Marçel Çolaku Financial Times-a bildirib ki, məqsəd ölkə ərazisindən Ukrayna taxılının aylıq daşıma həcmini 4 milyon tona çatdırmaqdır.

Onun dediyinə görə, plan Ukraynanın Dunay sahillərindəki limanlardakı vəziyyətdən asılı olmayaraq, icra eildəcək: “2023-cü ildə Ukraynanın 40 milyon ton taxıl ixracı imkanı olacaq. Biz buna yardım etmək üçün tam mobilizasiya olmuşuq”.

Hazırda Rumıniyada Sulin kanalının genişləndirilməsi həyata keçirilir. Bundan əlavə, oktyabrdan etibarən gəmilərin gecə keçidinə icazə veriləcək, gündəlik tranzit yükdaşıma həcmi 14 gəmiyə çatdırılacaq: “Barjların ölçülərinin ikiqat artırılması Ukraynanın taxılı limanlardakı anbarlarda uzun müddət saxlaması ehtiyacını aradan qaldıracaq”.

Bununla yanaşı, Rumıniya Ukrayna ilə sərhəddə avtomobil keçidi məntəqələrinin sayını artıracaq, sərhəddəki dəmiryol infrastrukturunun yükötürmə imkanlarını genişləndirəcək. Bütün bu işlər Rumıniya büdcəsinin kəsirinin ölkə ÜDM-nin 7,7 faizinə çatdıracaq ki, bu da Avropa İttifaqı qaydalarına ziddir. Buna görə də Çolaku Aİ rəsmiləri ilə görüşərək büdcə kəsiri ilə bağlı məsələdə ölkəyə güzəşt tətbiq olunmasına çalışacaq.

Ukrayna Taxıl Assosiasiyasının hesablamalarına əsasən 2023-2024-cü il mövsümündə ölkənin taxıl ixracı 48 milyon tona yaxın olacaq. Ötən il bu göstərici 58 milyon ton olmuşdu.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR