İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruisyada işğalçı simvolu təhqir etmək həbslə cəzalandırılacaq

Rusiya Dövlət Duması ölkənin hərbi rəmzlərindən sayılan “Georgi lenti”nin təhqir olunmasına görə məsuliyyət haqqında qanunu üçüncü oxunuşda qəbul edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sumvolun ictimai təhqirinə görə beş milyon rubla qədər (tıqribən 72600 min ABŞ dolları) cərimə və ya beş ilə qədər həbs cəzası tətbiq ediləcək.

Bununla bağlı yeni qanunvericiliyə əsasən, “Rusiyanın hərbi şöhrət günləri və anım tarixləri haqqında” və “1941-1945-ci illər müharibəsində sovet xalqının qələbəsinin əbədiləşdirilməsi haqqında” federal qanunlara dəyişikliklər ediləcək.

Sənəddə vurğulanır ki, “Müqəddəs Georgi lenti”nin simvollarından tarixi yaddaşla bağlı olmayan məqsədlər üçün istifadə edilən istənilən fəaliyyət qarşısı alınacaq. Bununla belə, “geniş tədbirlər zamanı” hökumət həmin lentlərdən istifadə edə biləcək.

Georgi lentinin hərbi şöhrət rəmzlərinə bərabərləşdirilməsi haqqında qanun layihəsi hələ bu ilin aprelində Dövlət Dumasına təqdim olunmuşdu. Qanunvericilik təşəbbüsü “Vahid Rusiya” Ali Şurasının katibi Andrey Turçak və Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədr müavini Olqa Zanko tərəfindən irəli sürülüb.

Georgi lenti 1941-45 müharibəsində qələbənin simvolu kimi Rusiyada 2000-ci illərin ortalarından istifadə olunmağa başlayıb və tədricən daha çox Kremlə itaət simvoluna çevrilib. Narıncı və qara lent Donbass separatçıları tərəfindən , həmçinin Krımın işğalının ilk illərində onların simvolu kimi geniş istifadə olunub.

Hazırd Müqəddəs Georgi lenti Ukrayna, Moldova, Latviya və Litvada kimi ölkələrdə yasaqlanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR