İnsanlara hürriyət, millətlərə istiqlal!

Rublun çöküşü sürətləndi: 1 dollar...

Rusiyanın milli valyutası olan rublun dəyərsizləşməsi getdikcə daha da sürətlənir.

Musavat.com xəbər verir ki, bu gün günortadan sonra Mərkəz Bankdan kənar hərraclarda - Forex-də dolların məzənnəsi 114,5 rubla, avro 120,6 rubla yüksəlib.

Rusiya Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında Çin yuanının məzənnəsi 15 rubla qədər artıb.

Rusiyalı ekspertlər rublun dəyərsizləşməsini ölkədə xarici valyuta qıtlığı ilə izah edirlər. Bildirilir ki, dollar və avro ilə yanaşı, dost ölkə olan Çin yuanının axını da tələbatı qarşılayacaq həcmdə təmin olunmadığına görə rublun həmin valyutalar qarşısında məzənnəsi sürətlə azalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR