İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruben Melkonyan: Paşinyanın Ərdoğanla danışıq aparması erməni diplomatiyasının fiaskosudur  

 

“Ermənistan hakimiyyəti Lukaşenkoya qarşı göstərdikləri sərtliyi, Türkiyə və Azərbaycan liderlərinə göstərə bilmir, nəticə çox şübhəlidir”.

Musavat.com erməni mediasına istindən xəbər verir ki, bu barədə erməni türkoloq Ruben Melkonyan yazıb.

“Ermənistan diplomatiyasının Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində dalana dirəndiyi barədə ikinci fikir ola bilməz. Çünki Ermənistan-Türkiyə münasibətlərində, o cümlədən danışıqlarda iştirak edənlər səviyyəsində heç bir irəliləyiş yoxdur. Mən bu addımı uğursuz erməni diplomatiyasının çıxılmaz addımlarından biri kimi izah edərdim. Nəticələrə baxsanız, hətta üçüncü ölkə vətəndaşları üçün nə sərhədin açılması, nə də yükdaşıma sahəsində nailiyyətlər var. Hətta hakimiyyət və onlara xidmət edən diplomatlar ən azı özlərinə bu məsələdə heç bir irəliləyiş olmadığını etiraf edirlər”,-deyə Melkonyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR