Onlayn ictimai-siyasi qəzet
Ermənistan Baş Prokurorluğunun Qanunsuz Mənşəli Əmlakın Müsadirəsi Departamenti Ermənistan parlamentinin keçmiş deputatı Ruben Ayrapetyanın idarəyə gəlməsini əmr edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, deputatla bərabər onun oğlu Rafik Ayrapetyan, həmçinin yaxınları Narine Simonovna Ayrapetyan, Mariam Mikayelovna Ayrapetyan, Rafi Qaruşeviç Ayrapetyan da prokurorluqdan “dəvətnamə” alıb.
“Alman Rubo” ləqəbli Ruben Ayrapetyan Serj Sərkisyan dövründə iri oliqarxlardan sayılırdı. O, 2012-2018-ci illərdə Ermənistan Futbol federasiyasına da rəhbərlik edib.
Ayrapetyanla bağlı ən yaddaqalan hadisə 2012-ci ilin iyunun 17-ə baş verib. Həmin vaxt ona məxsus “Harsnakar” restoranında mühafizəçilər beş hərbi həkimi şiddətlə döyüb. Həkimlərdən biri, tibb xidmətinin 32 yaşlı mayoru Vahe Avetyan aldığı zərbələrdən xəstəxanada keçinib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ