Onlayn ictimai-siyasi qəzet
Bu gün doğum gününü qeyd edən müğənni Roza Zərgərliyə efirdə gözlənilməz sürpriz olunub.
Musavat.com "Bizim.media"ya istinadən xəbər verir ki, 45 yaşını "Qonaqcanlı" verilişində qeyd edən sənətçini təbrik etmək üçün onun övladlığa götürdüyü oğlu Jerar studiyaya gəlib.
Jerarın gəlişindən bixəbər olan Roza onu qucaqlayaraq kövrəlib. Oğlundan gül dəstəsi alan Zərgərli "Bəs mənə deyirdin ki, ayağın əzilib?" deyə Jerara sual verib.
O isə cavabında "Artıq yaxşıyam. Rozanın arzuya ehtiyacı yoxdur. Sadəcə ona təşəkkür edirəm. Ona doğum günündə arzu edirəm ki, nəvələrini görsün. Bu ona bəs edər. Başqa heç nə istəmirəm" deyə fikirlərini dilə gətirib.
Qeyd edək ki, Jerar aktyor Corc Qafarovun qardaşıdır. Qardaşları illər əvvəl Roza övladlığa götürüb. Müğənninin ilk evliliyindən isə Bənövşə adlı bir qızı var.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ