İnsanlara hürriyət, millətlərə istiqlal!

Roza Zərgərli səhnədə stulda oturaraq oxudu-SƏBƏB

Müğənni Roza Zərgərli yenidən səhhəti ilə bağlı yayılan xəbərlərlə gündəmə gəlib.

Musavat.com bildirir ki, sənətçi Qırğızıstanın paytaxtı Bişkekdə böyük konsert proqramı ilə çıxış edib.

Konsertdə o, bir mahnını oturaraq ifa edib və tamaşaçılarla bu formada ünsiyyətdə olub.

Sənətçinin bu fotoları sosial şəbəkələrdə yayılıb və iddia olunub ki, müğənni səhhətindəki problemə görə mahnını bu cür ifa edib.

Musavat.com-un əldə etdiyi məlumata görə Roza Zərgərli mahnını sadəcə olaraq xüsusi konsept, ssenari əsasında bu cür ifa edib.

Konsert zamanı Roza Zərgərli əksər mahnılarını ayaqüstə ifa edib. 

Xatırladaq ki, müğənni ötən il koksartrozun dördüncü mərhələsi, yəni bud-çanaq oynağının ciddi zədələnməsi diaqnozu aldığını və bu səbəbdən yeriməkdə çətinlik çəkdiyini açıqlamışdı.

Lakin sonradan müğənni artıq tam sağalması ilə bağlı açıqlama verib. 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR