İnsanlara hürriyət, millətlərə istiqlal!

Roza Zərgərli mahnısını oğurlayan erməninin klipini sildirdi

Müğənni Roza Zərgərli “İstədim” mahnısını oğurlayaraq oxuyan erməni müğənninin klipini yutubdan sildirib.

Musavat.com xəbər verir ki, sözləri və musiqisi Rəssama (Elvin Həsənov) aid mahnını ermənilər öz musiqiləri kimi təqdim edib.

Zoya Baraghamyan adlı müğənni mahnını “Meke ka” adı ilə ifa edib.

Mahnının musiqi müəllifi kimi də erməni musiqiçini qeyd ediblər.

Bu hadisədən sonra R. Zərgərli rəsmi şəkildə yutuba müraciət edib və erməni ifaçının mahnısı yutubdan silinib.

Könül,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR