Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan Mayamidən ev alıb.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçi ötən gün baş tutan albom təqdimatında danışıb.
Röya Ayxan vurğulayıb ki, o Mayamidə evi övladı Hüseynin gələcəkdə orada rahat təhsil alması üçün alıb:
"Bir vərəqim var və orada Mayamidən ev aldığım üçün Allaha təşəkkür etdim. Oğlum deyir ki, Amerikada oxuyacam. Ona yaxın olmaq üçün oradan aldım. Bakıdan köçməyi düşünmürəm. Yeganə adamam ki, hər ölkədə evim olmasına can atıram, amma ora sadəcə istirahətə gedə bilərəm. Burada fəxri ad almışam, tanınmışam. Dövlətin Xalq artistiyəm".
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ