İnsanlara hürriyət, millətlərə istiqlal!

Rostovda hakimiyyət strukturlarına həyəcan siqnalı verildi - "Qala" planı işə düşdü

Rostov vilayətinin polis idarələrinə “Qala” kod adı altında plan üzrə həyəcan siqnalı verilib.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın telegram kanalları məlumat yayıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyəcan vəziyyətinə gətirildiyi bildirilir.

“Qala” planı şəxsi heyətin təcili toplanması və hüquq-mühafizə orqanlarının xüsusilə mühüm obyektlərinin nəzarətə götürülməsini ehtiva edir.

Plan, həmçinin xaricdən gələn hücumu dəf etməyə hazır olmağı nəzərdə tutur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR