İnsanlara hürriyət, millətlərə istiqlal!

Ronald Donaldın müdafiəsində - DeSantis Trampa görə Ədliyyə Nazirliyini qınayır

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədliyi uğrunda yarışa qatılan Florida qubernatoru Ronald DeSantis ölkədə baş prokuror funksiyalarını yerinə yetirən Ədliyyə Nazirliyinin siyasi qərəzliliyi ilə mübarizə aparacağını vəd edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə Twitter-də, ABŞ hakimiyyətinin onun rəqibi, keçmiş prezident Donald Trampı məxfi sənədlərlə bağlı ittiham edəcəyi məlum olduqdan sonra yazıb.

"Federal hüquq-mühafizə orqanlarından mübarizə vasitəsi kimi istifadə azad cəmiyyət üçün ölümcül təhlükədir", - DeSantis qeyd edib. O vurğulayıb ki, ABŞ-da son dörd ildə “siyasi baxışlardan asılı olaraq qanunun qeyri-bərabər tətbiqi” baş verib.

“Niyə Hillari Klinton və Hanter Baydenə qarşı passivlik nümayiş etdirərkən indi Tramp bu qədər canfəşanlıqla təqib edilir? - Florida qubernatoru yazıb.

DeSantisin fikrincə, o, prezident seçkilərində qalib gələrsə, “Ədliyyə Nazirliyinin hesabatlılığını bərpa edəcək və siyasi partizanlığa son qoyacaq”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR