Onlayn ictimai-siyasi qəzet
Roma Papası Fransisk ikitərəfli pnevmoniyaya yoluxub.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bununla bağlı Müqəddəs Taxt-Tacın mətbuat xidməti bəyanat yayıb.
"Bu gün günortadan sonra edilən döş qəfəsinin kompüter tomoqrafiyası ikitərəfli pnevmoniyanın başlanğıcını göstərib ki, bu da əlavə dərman müalicəsini tələb edir" - deyə bəyanatda qeyd olunub.
Bəyanatda 88 yaşlı pontifikin ümumi vəziyyətinin sabit olduğu bildirilib, baxmayaraq ki, "ümumi klinik mənzərə mürəkkəb olaraq qalır" ifadəsinə yer verilib.
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ