İnsanlara hürriyət, millətlərə istiqlal!

Robert Köçəryan müxalifətə səs verib

Xələfi Serj Sərkistandan fərqli olaraq, Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvandakı mer seçkilərindəki səsverməyə qatılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Seçki məntəqəsinə tək gələn İrəvan Ağsaqqallar Şurasına seçkilərdə Ermənistanın ikinci prezidenti Robert Köçəryan da səsvermədə iştirak edib.Köçəryan səsvermədən sonra jurnalistlərlə söhbətində dəyişikliyə səs verdiyini bildirib. “Ümid edirəm ki, təmsil olunan müxalifət qüvvələri yaxşı nəticələr göstərəcək”,-deyə eks-prezident bildirib.

Robert Köçəryan İrəvandakı 7/2 saylı seçki məntəqəsində səs verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR