İnsanlara hürriyət, millətlərə istiqlal!

Rişi Sunak: “Rusiya əbəs yerə Qərbin və Ukraynanın yorulmasına ümid etməsin”  


Böyük Britaniyanın baş naziri Rişi Sunak Qərbin Ukraynaya dəstəyinin "illərcə" davam edəcəyini söyləyib.


Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu Londonda keçirilən müdafiə konfransında deyib.

Sunakın sözlərinə görə, Rusiyanın “Qərb yorulacaq, bezib köməyi kəsəcəklər” strategiyası işə yaramayacaq.

“İndi biz müttəfiqlərlə Ukrayna ilə hansı uzunmüddətli çoxtərəfli və ikitərəfli təhlükəsizlik sazişləri bağlaya biləcəyimizi danışırıq”,-deyə o, bildirib.

Britaniyanın baş nazirinin bildirdiyinə görə, Qərbin uzunmüddətli dəstək vədləri həm Ukraynaya müdafiə qabiliyyətini gücləndirmək, həm də Rusiyanı müharibəni davam etdirməkdən çəkindirmək məqsədi daşıyır.

Sunakın fikrincə, Rusiya üçün doğru və yeganə addım qoşunlarını çıxarmaq və başlatdığı müharibəni dayandırmaqdır.

Britaniya Ukraynanın gözlənilən əks-hücumda uğur qazanacağına “bütün şanslarının olduğunu” sözlərinə əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR