İnsanlara hürriyət, millətlərə istiqlal!

Rişi Sunak ilk beynəlxalq çıxışını edib

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak ilk beynəlxalq çıxışını edib.

Musavat.com-un APA-nın Britaniya bürosuna istinadən xəbərinə görə, o, Misirdə keçirilən COP27 iqlim sammitində iştirak edib. Baş nazir, Böyük Britaniyanın 11,6 milyard funt-sterlinq iqlim fondu ayıracağını təsdiqləyib.

Baş nazir kimi ilk beynəlxalq çıxışında Rişi Sunak Ukrayna müharibəsinin iqlimlə bağlı daha sürətli hərəkət etmək üçün əsas olduğunu söyləyib. O, müharibənin bərpaolunan enerji mənbələrinə sərmayə qoymağın əhəmiyyətini gödtərdiyini deyib və bunun Böyük Britaniyanın enerji təchizatını diversifikasiya etməsi eçün fürsət olduğunu söyləyib.

Aytən Abbaslı

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR