İnsanlara hürriyət, millətlərə istiqlal!

Riçard Almeydadan Qurban Qurbanova: "Sən mənim ikinci atamsan"

"Qarabağ" klubundan ayrılan Riçard Almeyda sosial şəbəkə hesabında vida paylaşımı edib.

Oxu.Az xəbər verir ki, o, Ağdam təmsilçisinə və komandanın bütün üzvlərinə təşəkkür edib, klubda qazandığı uğurları və təcrübələri qiymətləndirib.

Almeyda "Qarabağ"da keçirdiyi illərdən məmnun olduğunu qeyd edərək, klubun rəhbər şəxsləri və işçiləri ilə ayrılmaqdan üzgün olduğunu bildirib. O, Ağdam təmsilçisinə uğurlar arzulayıb:

"Komanda ilə kuboklar, medallar qazandım, arzularım gerçəkləşdi. Hər şey üçün sonsuz təşəkkürlər!"

Futbolçu, həmçinin komandasının baş məşqçisi Qurban Qurbanov ilə bağlı da dərin təşəkkürlərini ifadə edib. Almeyda Qurbanovun ona həyatda çox şey öyrətdiyini, sadəlik və təvazökarlığı, maddi məsələlərə çox önəm verməməyin dəyərini başa saldığını vurğulayıb.

Onun sözlərinə görə, Qurbanov həm də ona "əsl döyüşçü" olmağı öyrədib:

"Qurban Qurbanov, sən mənim ustadımsan. Mən sənə sonsuz minnətdaram və səninlə keçirdiyim illər mənim üçün çox qiymətlidir."

Futbolçu Qurbanovun ona "ikinci ata" olduğunu da bildirib və onu böyük hörmətlə anıb:

"Tanrı bilir ki, sən mənim ikinci atamsan. Səni sonsuza qədər sevəcəyəm, çünki sən Azərbaycanda hər kəsin hörmətini qazandın. Artıq sənin üçün darıxıram, atam".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR