Onlayn ictimai-siyasi qəzet
Türkiyəli məşhur aktrisa Hazar Ergüçlü, DJ Artz ləqəbi ilə tanınan sevgilisi Efe Çelik ilə birlikdə İstanbul Hava Limanında görüntülənib.
Cütlüyün Şimali Kipr Türk Cümhuriyyətinə səfər etməsi, Ergüçlünün Çeliki ailəsi ilə tanış edəcəyi yönündə şayiələrə səbəb olub.
Hazar Ergüçlünün münasibətləri və gələcək planları
Son günlərdə Hazar Ergüçlü, "Evlilik təklifi alsanız, reaksiyanız nə olar?" sualına, "Bilmirəm. Mən çox sevirəm. "Bəli" deyərəm yəqin ki" cavabını verib. Bu açıqlama, cütlüyün münasibətlərinin ciddiləşdiyini və evlilik planlarının ola biləcəyini göstərir.
İstanbul Hava Limanında birlikdə görüntülənən Hazar Ergüçlü və Efe Çelik, Kiprə səfər ediblər. Bu səfərin məqsədinin Ergüçlünün sevgilisini ailəsi ilə tanış etmək olduğu ehtimal edilir.
Hazar Ergüçlü, Kanal D-də yayımlanan "İnci Taneleri" serialında Dilber obrazını canlandırır. Aktrisa, həm karyerası, həm də şəxsi həyatı ilə tez-tez gündəmə gəlir./lent.az
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ