İnsanlara hürriyət, millətlərə istiqlal!

“Reyqan indiki ABŞ-a ağlamadan baxa bilməzdi” - keçmiş prezidentin qızı

“ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan ölkədəki indiki daxili siyasi parçalanmaya göz yaşları olmadan baxa bilməzdi”.

Bu fikri 1981-1989-cu illər arasında ABŞ-a rəhbərlik etmiş məşhur siyasi xadim Ronald Reyqanın qızı Patti Devis “The New York Times” üçün yazdığı köşə yazısında bildirib.

“O, yəqin ki, çox sevdiyi ölkədəki kədərli xaosu izləyir. Bəlkə də mənim Amerika üçün tökdüyüm göz yaşlarının bir qismi onun göz yaşlarıdır”, - eks-prezidentin qızı yazıb. Devis qeyd edib ki, o, atasından ABŞ-ın “qəzəb və nifrət uçurumundan” çıxması, daxili siyasi fikir ayrılıqları və “partiyalararası kin”in öhdəsindən gəlmək üçün mümkün variantları soruşmaq istərdi.

Respublikaçılar Partiyasının qarşıdan gələn noyabr prezident seçkilərində Donald Trampın namizədliyini dəstəkləməsinə gəlincə, Devis deyib ki, atası Respublikaçılar partiyasının ən çox ehtimal olunan namizədinə müraciət etməzdi, adi respublikaçılara işarə edərdi ki, diktaturaları bir adam yaratmır, onunla bir cərgədə, onun yanında duran və hər sözünə “bəli” deyənlər yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR