Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin deputatı Andranik Tevanyan mandatından imtina edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, o bu barədə öz Facebook səhifəsində yazıb.
Tevanyan hazırda “Ana Ermənistan” hərəkatına rəhbərlik edir.
“Mən Ermənistan parlamentinin deputatı kimi mandatımı təhvil verir və “Ana Ermənistan” bloku ilə İrəvan Ağsaqqallar Şurasına seçkilərdə iştirak edirəm. Mandatdan imtina hüquqi tələb deyil, siyasi qərarın nəticəsidir. Mən özümü deputat mandatı ilə sığortalamaq istəmirəm”, - deyə, erməni siyasətçi bildirib.
Andranik Tevanyan İrəvan merliyi uğrunda seçkilərə Paşinyanı devirmək üçün qatıldığını açıq şəkildə dilə gətirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ