Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan tərəfinin son bəyanatları fonunda sülh müqaviləsinin boş sənəd olacağı aydın olur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir həyasız sözlər Ermənistan parlamentinin deputatı Ayk Mamicanyandan gəlib.
“Gəlin, verilən açıqlamalar nəticəsində nələrə sahib olduğumuza baxaq. Delimitasiya və demarkasiya məsələsi sülh müqaviləsinə daxil edilməyəcək. Kommunikasiyaların blokdan çıxarılması məsələsi də sənədə daxil edilməyəcək. Bu sənədin məzmununun hansı mövzu ətrafında olacağı bəlli deyil? Bu, saziş səviyyəsində Qarabağın statusu məsələsini birdəfəlik bağlamaq cəhdindən başqa nə olacaq?” – deyə Mamicanyan yerli 168 ZHAM verilişində bildirib.
Mamicanyan sözlərinə görə sən demə Ermənistan kommunikasiyalar məsələsində “zərərçəkmiş” tərəfmiş, ona görə də başqa şərt irəli sürülə bilməz.
Erməni revanşistin fikrincə, Paşinyanı daha çox dəhlizin verilməsi faktı yox, ona kimin nəzarət edəcəyi narahat edirdi və bu gün bu layihənin geosiyasi benefisiarları dəyişdikdə, mövqe də dəyişib.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ