İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist İşxan Saqatelyan: "Savaşacağıq"

"Biz bu vəziyyəti qəbul etmirik və heç vaxt qəbul etməyəcəyik".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin revanşist deputatı, daşnak siyasətçi İşxan Saqatelyan deyib.
“Son 4-5 il ərzində biz mübarizə aparmışıq və bunu daha böyük miqyasda davam etdirəcəyik. Sıravilərdən tutmuş rəhbərliyə qədər daşnaklar bu türkyönlü hakimiyyət orqanları tərəfindən təqib olunur”, - deyə Saqatelyan söyləyib.

Onun sözlərinə görə, bu gün Ermənistanda “döyüşən insanlar” Paşinyan hakimiyyətinin hədəfi altındadır. “Bir sadə səbəbə görə: nə qədər ki, bu insanlar, bu siyasi qüvvələr var, indiki “Gənc Türklər hökuməti” (Paşinyanı nəzərdə tutur-red.) bütün proqramlarını başa çatdıra bilməyəcək”, - deyə o, söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR