İnsanlara hürriyət, millətlərə istiqlal!

Revanşist Aram Aşotyan: "Aram Nikolyan bayrağı əcəb edib yanıdırb"

İrəvanda keçirilən beynəlxalq yarışın açılış mərasimində Azərbaycan bayrağının yandırılması ən çox erməni revanşistlərini “cəsarətləndirib”. Özəlliklə müxalifətdə olan siyasətçilər bunu əsl “qəhrəmanlıq” olaraq təqdim edirlər.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunlardan biri Ermənistan Respublika partiyasının sədr müavini (lideri sabiq prezident Serj Sərkisyandır), keçmiş təhsil naziri Armen Aşotyandır.

“Aramın əməli erməni xalqının təhqiri qəbul etmədiyini nümayiş etdirdi”,-deyə Armen Aşotyan öz Facebook səhifəsində yazıb.

“Mən Aramı İctimai Televiziyada işlədiyim günlərdən tanıyıram, “Yerankiuni” (“Üçbucaq”) müəllif proqramlarımda bir yerdə işləmişik.

Aramın əməli çox mühüm bir şeyi nümayiş etdirir: erməni xalqı alçaqlığı, ədalətsizliyi, rüsvayçılığı, onları diz çökdürmək istəyini, Nikolun siyasi xəttinin yeritdiyi yalanları qəbul etmədi”,-deyə Aşotyan daha sonra qeyd edib.

“Erməni xalqının qəzəbi partlayacaq: bu gün - ağır atletika çempionatında bayraqla, sabah - hökumət binasında, ertəsi gün - Ermənistan və Qarabağ sərhədində”,-deyə Sərkisyanın adamı öz statusunu belə bir pafoslu və gurultulu cümlə ilə yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR