Onlayn ictimai-siyasi qəzet
Müğənni Cavanşir Məmmədov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.
Musavat.com xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
T.Nəsirli qeyd edib ki, C.Məmmədovun yol hərəkəti qaydalarını pozmasını əks etdirən videogörüntüsü ilə əlaqədar olaraq barəsində qanunamüvafiq tədbir görülüb.
Xatırladaq ki, C.Məmmədov retro avtomobilini idarə edən zaman təhlükəsizlik kəmərini taxmayıb və sükan arxasında telefonla danışıb. Müğənninin bu hərəkəti sosial şəbəkələrdə qınaq hədəfinə tuş gəlib və tənqid edilib.
@@TVmusavat/82847@@
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ